Azərbaycan və Özbəkistan vətəndaşlarının vizasız gediş-gəlişi təsdiqləndi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Milli Məclis Azərbaycan və Özbəkistan vətəndaşlarının vizasız gediş-gəlişi haqqında sazişə dəyişikliyi ratifikasiya edib. Olaylar xəbər verir ki, bununla bağlı 18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31