Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilir.

Olaylar.az xəbər verir ki, iclas Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilir. İclasda Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirləri iştirak edirlər.

Qeyd edək ki, dekabrın 4-də Ceyhun Bayramov bu tədbirdə iştirak etmək üçün Rusiya Federasiyasına işgüzar səfərə gedib.

Səfər zamanı nazirin görüşdə çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31