Baş nazir söz verdi: “Bütün məsələlər hökumət tərəfindən diqqətə alınacaq”
5 Dekabr 2023 12:35 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Büdcə müzakirələri zamanı qaldırılan bütün məsələlər hökumət və aidiyyəti qurumlar tərəfindən diqqətə alınacaq, qeyd edilən problemlərin həlli istiqamətində mümkün olan bütün zəruri tədbirlər görüləcəkdir". Olaylar xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib: "Hökumət adından bir daha bildirmək istəyirəm ki, möhtərəm cənab Prezidentin müəyyən etdiyi hədəflərə çatmaq üçün Hökumət qarşısında qoyduğu bütün tapşırıq və vəzifələrin vaxtında, bütövlüklə və yüksək keyfiyyətlə icrasını təmin etmək üçün bundan sonra da var gücümüzlə çalışacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31