Əli Əsədov: “İlham Əliyevin rəhbərliyi ilə separatizmin kökü birdəfəlik kəsilib”

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Gələn ilin dövlət büdcəsində "2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın təmin edilməsi, Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpası, Böyük Qayıdışın təmin edilməsi, ölkənin müdafiə strukturunun gücləndirilməsi və sair sahələr əhatə olunub. Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baç nazir vurğulayıb ki, Azərbaycan bütün sahələrdə misli görünməmiş inkişaf və tərəqqiyə nail olub: "Cari ildə biz Prezident İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20 illiyini qeyd edirik. Əsrə bərabər 20 ilin ən şanlı səhifəsi işğal altındakı torpaqların azad olunması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsidir deyə bilərik. Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 19-da keçirilən 1 günlük antiterror tədbirləri ilə torpaqlarımızda separatizmin kökü birdəfəlik kəsilib. Bundan başqa ölkəmiz regionda sülh üçün yeni imkanlar yaradıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31