Azay Quliyev beynəlxalq tədbirə qatılacaq

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri və qurumun İqtisadi məsələlər, Ətraf Mühit, Elm və Texnologiya Baş Komitəsinin sədri Azay Quliyev BMT-nin Ətraf Mühit Proqramının təşkilatçılığıilə keçirilən Barselona Konvensiyası və Müqaviləsiİştirakçılarının Nazirlər Sessiyasının 23-cü iclasında iştirak etmək üçün dekabrın 6-da Sloveniyanın Portoroj şəhərinə səfər edəcək. "Olaylar" xəbər verir ki, sessiya çərçivəsində ölkələrin biomüxtəlifliyin qorunması, ekosistemin mühafizəsi, dənizlərin çirklənməsinin qarşısının alınması üzrə tətbiq edilən təcrübə və bu sahədə qanunvericilik bazası müzakirə olunacaq.

Azay Quliyev "Yaşıl transformasiya: qərardan fəaliyyətə" adlı sessiyada ATƏT PA-nın yaşıl iqtisadiyyat və iqlim dəyişikliyiilə əlaqədar qəbul etdiyi qətnamələri, bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə görülən tədbirlər və  rəhbərlik etdiyi komitənin gələn il üçün nəzərdə tutulan fəaliyyəti barədəçıxışedəcək. Tədbirin sonunda Nazirlərin PortorojBəyənnaməsi qəbul ediləcək.

Səfər dekabrın 8-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31