ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Ochr("39")Brayen dekabrın 6-8-də Azərbaycana səfər edəcək.

Olaylar.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, dövlət katibinin köməkçisi Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri möhkəmləndirmək və sülhü dəstəkləmək məqsədilə Bakıda Azərbaycan rəsmiləri ilə görüşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31