Azərbaycanda olan demokratiya ABŞ-nin özündə yoxdur - ÖZƏL
4 Dekabr 2023 18:48 Siyasət"Birincisi Azərbaycanda söz azadlığı ilə bağlı hər hansısa fərqli fikir söyləmək haqsızlıqdır. Azərbaycanda olan demokratiya ABŞ-nin özündə yoxdur."
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib:
"İkincisi söz azadlığı insanları təhqir etməkdən keçmir. Dövlətə şər atmaqdan keçmir və dövləti satmaqdan keçmir. Söz azadlığı fikrini ifadə etmək azadlığıdır, amma başqalarının hörmətini saxlamaqla və eyni zamanda qarşısındakına şəxsiyyət kimi baxmaqla. O cümlədən dövlətə də hörmətlə yanaşmaqla. Üçüncüsü Azərbaycanda bu qədər müxalif kanallar var. Bu qədər mətbuat var. Söz azadlığı nədir bəs? Bu fikirləri haradan tapıb çıxardıblar, bilmirəm. Məsələ ondadır ki, Azərbaycanda müəyyən adamlar, onların biznes layihələri var. ABŞ-nin hücumundan sonra bu layihələr nisbətən pozulmağa başlayıb. Bu beynəlxalq təşkilatlar Azərbaycandakı siyasi partiyalarda özünü millətin təmsilçisi və qoruyucusu sayan adamlardan tələb edirlər ki, verdiyimiz pula qarşılıq Azərbaycana şər atmalısınız. Ölkəni təhqir etməlisiniz, prezidenti şərləməlisiniz. Bunlarda quru şərə gedirlər, elə şeylər deyirlər ki, onun nə hüquqi, nə siyasi, nə də iqtisadi əsası var. Ona görə də, bu məsələlər Azərbaycanda zaman-zaman gəlir, Azərbaycan prezidenti bu məsələyə o qədər də toxunmadığına görə cəmiyyətdə də çalışırlar ki, o məsələ çox qabardılmasın. Amma görünən odur ki, ABŞ-nın sifarişi ilə bu məqalə yazılıb, çünki ABŞ-də hakimiyyətdə olan demokratlar həmişə ABŞ-nin başına bəla olmaqla bərabər dünyanın başına bəla olublar. Bunlar nə vaxt hakimiyyətə gəlib, dünyanı qarışdırıblar. Ya müharibə ediblər, ya başqa bir şeylər ediblər. İndi də növbəti ildəki seçkilərdə Baydenin yenidən seçkilərdə qazanması üçün hansı dövlət ki özünü bir növ sərbəst aparır, həmin dövlətləri yerində otuzdurmaq istəyirlər. Onlar Azərbaycan prezidentinin bütün bu addımlarını qəbul edə bilmirlər. Çünki onlar Qafqaz siyasətini ermənilərin əliylə həyata keçirdirdilər. Rusiyaya gücləri çatmır, indi Azərbaycanı məcbur edirlər. Azərbaycanın öz milli maraqları var, milli təşkilatlarda konsepsiyası var. Azərbaycan özünə uyğun olaraq hərəkət edir. Biz heç bir dövlətin əlində oyuncaq deyilik. Dinəndə demokratiyadan danışan dövlətlər ancaq diktaturadır və bunu həyata keçirtmək istəyirlər. ABŞ elə bilir ki, dünya onun monarxiyasındadır. Onlar nə istəsə, istənilən dövlətə qarşı bu addımı ata bilərlər. Düşünsələr görərlər ki, ABŞ üçün baş ucalığı gətirmir ki, düzdə qalmış Ermənistanın əliylə Qafqaz siyasəti yürütsün. Bunların ağlı olsaydı, bunu Azərbaycanla edərdilər, çünki Qafqazın açar dövləti Azərbaycandır. Əgər onlar bizim milli maraqlarımıza hörmət etmirlərsə, biz nədən hörmət etməliyik? Harada yazılıb ki ABŞ nə desə biz onu qəbul etməliyik? Belə bir şey yoxdur."