Ağ Ev Konqresə Ukrayna üçün vəsaitin qaçılmaz şəkildə tükənəcəyi ilə bağlı xəbərdarlıq edib - ÖZƏL
4 Dekabr 2023 16:18 SiyasətAğ Ev ABŞ Konqresinə məktub ünvanlayıb. Məktubda təqvim ilinin sonuna qədər tələb olunan maliyyə layihəsi təsdiqlənməsə, ABŞ Ukraynaya yardım göstərmək üçün vəsaitin tamamilə tükənəcəyi qeyd olunub. Olaylar xəbər verir ki, Bloomberg bu barədə Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin rəhbəri Şalanda Yanqın məktubuna istinadən xəbər verir.
"Bizim bu vəziyyətlə bağlı sehrli bir maliyyə çubuğumuz yoxdur. Pulumuz da vaxtımız da artıq tükənib", - məktubda deyilir.
Şalanda Yanqın fikrincə, hərəkətsizlik "Ukraynanı döyüş meydanında diz çökdürəcək". Bu, təkcə Ukraynanın əldə etdiyi nailiyyətləri təhlükə altına atmayacaq, həm də Rusiyanın hərbi qələbə ehtimalını artıracaq.
Bununla əlaqədar olaraq, Ağ Ev ABŞ Konqresindən Ukraynaya 61 milyard dollar yardım nəzərdə tutan təcili maliyyə paketini təsdiq etməyi xahiş edir. Eyni zamanda Respublikaçılar Partiyasının nümayəndələri Ukraynaya yardımı Meksika ilə sərhədlərin möhkəmləndirilməsi ilə əlaqələndirmək istəyirlər. Ağ Evin bu həftə Konqresə maliyyələşmənin yenilənməməsinin nəticələri barədə məlumat verəcəyi gözlənilir. Dekabrın 15-də Konqres Milad tətilinə çıxır.