Ermənistanın təklifləri sülh müqaviləsindən yayınmağa hesablanıb- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Ermənistan tərəfi Azərbaycana qarşı 6-cı dəfə sülh təkliflərini göndərib və cavab almadıqlarını vurğulayıb. Azərbaycanın təklifinə iki aydan sonra cavab verən Yerevanın təkliflər göndərməsi və cavab gözləməsi manipulyasiya siyasətinin bariz nümunəsidir. Ermənistanın təklifləri sülh müqaviləsindən yayınmağa hesablanıb və məqsəd Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmaqdır". MCP sədrinin müavini Məhəmməd Əsədullazadə "Olaylar"a bildirib ki, Avropa İttifaqının və Vaşinqtona arxalanan N. Paşinyan Azərbaycanla bərabər şəkildə sülh müqaviləsinin bağlanmasında maraqlıdır: "Ermənistan təklif edir ki, anklavlarla məsələ barter şəklində həll edilsin. Qoşunlar "Güzgü" prinsipi ilə geri çəkilsin. Azərbaycan Zəngəzur dəhlizinin açılmasını gündəliyə daşımasın. Ermənistan Sülh qovşağı planının iştirakçısı olsun". 
ABŞ diplomatı Obrayn Azərbaycana səfər edərək Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin detalları müzakirə ediləcək. Xüsusilə ABŞ diplomatı Azərbaycana Ermənistanın vəkili kimi gələcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31