"Paşinyan onların eşitmək istədiyi sözləri dedi" - ÖZƏL
19 Oktyabr 2023 16:40 Siyasət"Paşinyanın Avropa Parlamentindəki çıxışı Avropa Parlamentinin rəhbərliyi ilə razılaşdırılmış tezislər əsasında edilib. Avropa Parlamentinin Azərbaycana hansı münasibətdə olduğunu bilirik. Son bir ildə Azərbaycanın əleyhinə qəbul edilmiş üç qərəzli qətnamə görmək mümkündür. Paşinyan onların eşitmək istədiyi sözləri dedi. Paşinyanın proseslərin normallaşması, Rusiya ilə münasibətlərində, öz daxili işləri ilə başğı fikirlərinin hər birində saxtakarlıq var. Xüsusilə Azərbaycanla normallaşma prosesləri ilə bağlı səsləndirdiyi fikirlərdə qərəz və ziddiyyət var".
Bu sözləri Olaylar-a politoloq Aydın Quliyev deyib:
"Məsələn, Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret iradə ortaya qoymayan Paşinyan, dəhlizin açılmasına və hərəkətin təhlükəsizliyini təmin edəcəyinə dair bəyənat verir. Əgər dəhlizin açılmasına hazırsansa, niyə açılmır?
Azərbaycanla sülh sazişindən danışan Paşinyan eyni vaxtda Qarabağdan ermənilərin guya deportasiya olunduqları haqqında bütün dünyaya yanlış məlumatlar sırıyır. Rusiya ilə olan münasibətlərdə də öz ölkəsinin maraqlarını yox, Avropa ilə Rusiya arasındakı münasibətlərin kəskinləşməsinə xidmət edir. Özünə yeni havadarlar axtarır. Bölgədə Rusiyadan qopandan sonra Avropa dövlətlərini yerləşdirmək hədəfinə xidmət edir. Sülh və təhlükəsizliklə bağlı ortaya qoyduğu tezislər də realllğa uyğun deyil. Bütün bunlar ziddiyyət təşkil etdiyi üçün erməni dairələrində də ona qarşı etirazlar var. Kremlin bu çıxışı Paşinyanın ölkəsini Ukraynaya özünü isə Zelenskiyə çevirmək cəhdi adlandırıb. Paşinyanın çıxışı Avropa strukturlarına xoş gəlmək məruzəsi idi".