İranda 3+3 formatında XİN başçıları səviyyəsində görüş keçiriləcək - TEZLİKLƏ
19 Oktyabr 2023 16:26 SiyasətTezliklə İranda 3+3 formatında XİN başçıları səviyyəsində görüş keçiriləcək.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, görüşdə Ermənistan da iştiraka razılıq verib.
Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib ki, Qafqazdakı prosesləri yerli aktorların və regiondakı qonşuların iştirakı ilə həll etmək olar. "3+3" formatı regional məsələlərin həlli üçün effektiv mexanizmdir.
Xatırladaq ki, "3+3" formatının təşəbbüskarı məhz Prezident İlham Əliyev olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31