Ölkəmiz Fransa tərəfindən müstəmləkəyə məruz qalıb - Korsika Liber partiyasının üzvü
19 Oktyabr 2023 16:06 SiyasətKorsika Fransa tərəfindən müstəmləkəyə məruz qalıb.
Olaylar.az xəbər verir ki, bunu Korsika Liber partiyasının üzvü Jan Jacque Rodriguez mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Korsikada kütləvi qırğınlar oldu, müstəmləkə hərbi yolu ilə aparıldı.
"Artıq 250 ildir Korsika müstəqilliyini bərpa etməyə çalışır. Bizim əhalimizin bir qismi deportasiya edildi. Korsikada nüvə silahlarının sınağı keçirləcəkdi. Lakin bu ərazilər Fransaya yaxın olduğu üçün bu sınaqlardan imtina etdilər",- deyə o, əlavə edib.
Qeyd edək ki, sabah Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans keçiriləcək.
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.