Ermənilərin geri qayıtması ilə gələcək nəslin həyatinı minalamış oluruq – Politoloq

"Ermənilərin geri qayıtmasına şərait yaratsaq, gələcək nəsilin həyatinı minalamış oluruq. Ermənilər bizə qarşı o qədər dərin nifrət və kin bəsləyir ki, biz bunu 100 il ərzində yaşamışıq". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, aparılan düzgün siyasət və geopolitik situasiya imkan verdi ki, əraziləri işğaldan azad edək və suverenliyimizi bərpa etdik: "Həmçinin ermənilərin çıxıb getməsinə nail olduq. Ermənilər bizə qarşı üç müharibə, vandalizm, faşizm, etnik təmizləmə və soyqırım edib. Onları bağışlamaq olarmı?! Cənubi Qafqazda uzun müddətli sülh mümkün deyil. Bu region böyük güclərin maraqlarının toqquşma regionudur. Ona görə də ermənilərin geri qayıtmasına imkan verməməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31