Ermənistana verilən vaxt azalır - ÖZƏL

"Ermənistan istəməsə də belə, inkişafında mənfi rol oynayan bu problemdən qurtulmaqla yeni bir dövrə qədəm qoydu. Bu dövrün qapılarını Ermənistan üçün Azərbaycan araladısa, içəriyə daxil olub, içəridəkilərlə inteqrasiya etmək onun əlində olacaq".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə,  Ermənistan bir yükdən istəməsə də xilas oldu:
"İndi onun gələcəyi verəcəyi sonrakı qərarlardan asılı olacaq. Ya regionda mövcud olan və yeni formalaşdırılan layihələrə qoşularaq təcrid olunmaqdan çıxacaq, ya da formalaşıb başa çatacaq bütün proyektlərdən kənarda qalıb sürünməyə, necə deyərlər region üçün "izqoy" (qovulmuş) ölkə olmağa davam edəcək. Bunları dəyərləndirmək üçün isə Ermənistana verilən vaxt azdır. Nə region, nə də beynəlxalq proyektlər Ermənistanın nazı ilə oynamağı gözə almaz və almayacaq. Region ölkələri Ermənistansız da bu proyektlərin başa çatması yollarını artıq hesablayıb, hətta buna başlayıblar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31