Azərbaycanın sülh və sabitliyinə töhfə verməyə davam edəcəyik - Türkiyə MN

Türkiyə Silahlı Qüvvələri, "İki dövlət, bir millət" anlayışı ilə Azərbaycanın sülh və sabitliyinə töhfə verməyə davam edəcək.

Olaylar.az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri, kontr-admiral Zeki Aktürk deyib.

"Türk Silahlı Qüvvələrimiz vətənimizdə terrorla mübarizə və sərhəd təhlükəsizliyi, hüquq və mənafelərimizin qorunması ilə yanaşı, milli məsələmiz olan Kipr, "İki dövlət, bir millət" anlayışı ilə birləşdiyimiz Azərbaycan, tarixi və mədəni əlaqələrimiz olan Balkanlar, başda 500 illik dostluq və qardaşlıq münasibətlərimiz olan Liviya olmaqla bir çox coğrafiyada regional və qlobal sülh və sabitliyə töhfə verməyə davam edir", - deyə o bildirib.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31