Azərbaycan ordusunun polkovniki Türkiyənin Milli Müdafiə Universitetinə təyinat aldı

Kadr mübadiləsi çərçivəsində Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru, polkovnik Rəşad Tahirov Türkiyənin Milli Müdafiə Universitetinə, MMU-nin prorektoru, professor doktor Tələt Canbolat isə bir il müddətinə Azərbaycan Milli Müdafiə Universitetinə təyinat alıblar.

Olaylar.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, "Türkiyə Cümhuriyyətinin 100 illiyi" və "Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illiyi" münasibətilə 2023-cü il üçün iki xüsusi təlim nəzərdə tutulub.

Bildirilib ki, bu çərçivədə birincisi Türkiyədə 19 aprel-10 may tarixlərində keçirilib, ikincisi isə 16-25 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31