Ağdam və ətraf kəndlərə köçürülmə prosesinin başlayacağı tarix AÇIQLANDI
19 Oktyabr 2023 13:35 Siyasət2025-ci ilin ortalarından sakinlərin Ağdam və yaxın kəndlərə köçürülməsi prosesinin başlanılması planlaşdırılır.
Olaylar.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
"Ağdam şəhərində görüləsi işlərin miqyası xeyli çoxdur. Bu gün orada irimiqyaslı tikinti işləri görülür. Artıq 3 məhəllənin təməli qoyulub. İki məhəllədə işlərə başlanılıb. Yaxın zamanda daha 3 məhəllənin təməli qoyulacaq. Bütün bu tikinti işləri gələn ilin əvvəlində başlayacaq. Planlara əsasən, 2025-ci ilin ortalarından Ağdam və ətraf kəndlərə sakinlərin köçürülməsi mümkün olacaq", - o deyib.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31