Paşinyanın özünü sərbəst hiss etdiyi yer Avropadır - ÖZƏL

"Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentinin erməni diasporasının pulları hesabına Azərbaycana qarşı fəaliyyət göstərən parlamentarilərinin yanında özünü rahat hiss edir. Paşinyanın özünü sərbəst hiss etdiyi yer Avropadır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə,  burdaa onu demokrat, sülhə çağırış edən sülh quşu kimi qələmə verən dairələr var:
"Təsadüfi deyildir ki, Paşinyan Avropada getdiyi hər yerdə sülhdən danışır, Azərbaycanın ərazisinin 86,6 km olduğunu tanıdıqlarını və sülh müqaviləsi imzalamağa hazır olduğunu deyir. Qranadada keçirilən və Azərbaycan tərəfinin iştirak etmədiyi görüşdə belə qeyd edilənləri bildirən bəyanatı imzalamışdı. Bir sözlə, Azərbaycansız Azərbaycana ərazi cızır, hansıki Azərbaycanın ərazisinin neçə kv.km olacağını dəqiqləşdirmək hələlik gələcəyin işidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31