Qasım Süleymani Qəzza hücumunun planlayıcısıdır - Ölümündən təxminən 4 il sonra - ÖZƏL
19 Oktyabr 2023 12:40 Siyasət"ABŞ rəsmiləri hələ də İranın HƏMAS-a hücum üçün dəstək verdiyinə dair konkret sübutların olmadığını bildirirlər. Amma Vaşinqtonda yerləşən MEMRI-də İsrail-Həmas müharibəsində İranın iştirakı ilə bağlı fərqli fikirdədir. Onun bu istiqamətdəki təhlili şok effekti yarada biləcək məlumatlar seriyasındadndır.Yaxın Şərq Media Araşdırma İnstitutunun təmsilçisi olan MEMRI-nin məlumatına görə, 2006-cı ildən Qəzzəyə rəhbərlik edən Həmas 7 oktyabr hücumunu çoxdan planlaşdırırdı və bu planlaşdırma bilavasitə İranın rəhbərliyi altında həyata keçirilib". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, təhlilin ən diqqət çəkən hissəsi HƏMAS-ın basqını planlaşdıran şəxsin bir vaxtlar Yaxın Şərqdə ən qorxulu fiqur olan Qassem Soleimani olduğu iddiasıdır: "İranın xaricdəki əməliyyatlarını idarə edən Qüds Qüvvələrinin rəhbəri Qasim Süleymani 2020-ci ilin ilk günlərində İraqın paytaxtı Bağdadda ABŞ pilotsuz uçuş aparatı tərəfindən atılan raketlərlə öldürülüb. Az qala İran-ABŞ müharibəsinə səbəb olan sui-qəsddən sonra Tehran administrasiyası qisas almağa and içib və İraqda yerləşən ABŞ bazasına çoxlu raketlər atıb.
MEMRI bu təhlili apararkən ilk növbədə İran Kütləvi İnformasiya Vastələrinə əsaslanıb. Oradakı məqalələrə əsaslanan təhlildə isə deyilir ki, Qasım Süleymani beş illik planlar çərçivəsində Fələstindəki təşkilatlarla mümkün hücumu "layihələşdirib". Əslində İrandakı rejimin səsi kimi tanınan "Kayhan" qəzetində dərc olunan məqalədə 7 oktyabr basqınının Süleymani tərəfindən düz 3 il əvvəl planlaşdırıldığı iddia edilib. Sözügedən məqalədə Kayhan, "Fələstindəki müqavimət qruplarının bu 5 illik plana sadiq qalması Süleymaninin şəhadətinin bəhrəsi və intiqamının bir hissəsidir" deyib. Kayhan dini lider Xamneyinin keçən il "fəth" vəd etdiyinə də diqqət çəkib və bu il "tam fəth elanı" olacağını deyib. Qəzetin yazdığına görə, HƏMAS-ın Əqsa tufanı əməliyyatı Xamneyinin bəhs etdiyi İsrailin fəthinin bir hissəsidir".