Ulu öndərin təməlini qoyduğu xarici siyasət uğurlu nəticələr verir - ÖZƏL

"Ulu öndər Heydər Əliyevin xarici və dövlətlərarası siyasətində vacib istiqamətlərdən biri də Avropa dövlətləri ilə münasibətlərin qurulması olmuşdur. Azərbaycanın Böyük Britaniya, Almaniya kimi dövlətlərlə əlaqələri yeni mərhələyə qədəm qoymuşdur". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, Heydər Əliyevin 1994-cü ildə Böyük Britaniyaya, 1996-cı ildə isə Almaniyaya etdiyi ilk rəsmi səfərlərində bu dövlətlərlə çox mühüm müqavilələr və sənədlər imzalanmışdır: "Ulu öndər Heydər Əliyevin xarici siyasətinin əsas istiqamətlərndən birini də Asiyada yerləşən dövlətlərlə yeni münasibətlərin qurulması təşkil etmişdir. Çin, Yaponiya kimi iqtisadi, siyasi cəhətdən nəhəng dövlətlərlə yanaşı, Pakistan, Səudiyyə Ərəbistanı, İran, Misir və İsrail kimi dövlətlərlə də yüksək səviyyəli münasibətlər qurulmuşdur. Ulu öndər Heydər Əliyevin düşünülmüş dövlətlərarası və xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sistemində milli maraq və mənafeinin qorunmasında, təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynamışdır. Ulu öndər Heydər Əliyevin dövlətlərarası siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin sayəsində Azərbaycan dünya dövlətləri arasında böyük nüfuza sahib olmuşdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31