Bir çox ölkələrdə Azərbaycançılıq ideologiyası ətrafında birliyə nail ola bilirik - ÖZƏL
19 Oktyabr 2023 10:58 Siyasət"2002-ci ildə Ümummilli Lider Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə" Fərman imzaladı. Sözügedən Dövlət Komitəsi yarandıqdan qısa müddət sonra müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi Azərbaycançılıq ideyası ətrafında cəmləşdirməyə başladı. Hazırda da Diasporla İş üzrə Dövlət Komitəsi bu təbliğatı uğurla davam etdirir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Benilüks Azərbaycanlıları Konqresinin (BAK) prezidenti Elsevər Məmmədov səsləndirib. BAK sədri deyib ki, bu gün də bir çox ölkələrdə məhz Azərbaycançılıq ideologiyası ətrafında birliyə nail ola bilirik:
"Bu gün Benilüks Azərbaycanlıları Konqresinin nəzdində "Qarabag İdman Klubu" , "Həftə sonu Ana dili məktəbi" , "Körpə Fidanlar musiqili teatr qrupu" fəaliyyət göstərir. Bunların hər birinə gələn uşaqlar ancaq Azərbaycan dilində danışırlar. Bu da bizim Azərbaycan dilimizin və Azərbaycançılıq ideologiyasının yaşanması deməkdir".