İşğaldan azad olunmuş ərazilərimizə Böyük qayıdış başlanılıb - ÖZƏL

"Bu gün Füzuliyə səfər edən hər bir şəxs oranın yeni simasının necə göz oxşadığını yaxşı bilir. Füzulidə birinci şəhərsalma layihəsi icra edilir və şəhər tamamilə yenidən qurulur. İşğaldan azad olunmuş ərazilərimizə Böyük qayıdış başlanılıb".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, çox sevindirici haldır ki, insanlar 30 illik həsrətdən sonra sevinclə öz doğma yurlarına qədəm basırlar:
"Hətta işğaldan sonra dünyaya gələn insanlar, gənclər, yeniyetmələr belə öz dədə-baba torpaqlarına böyük həvəs və məhəbbətlə gedirlər".
Politoloq deyib ki, indiyə kimi Füzulidə artıq 800-dən çox insan məskunlaşıb və ilin sonuna kimi 2000-ə yaxın insanın burada yaşayacağı nəzərdə tutulur:
"Böyük Qayıdış proqramının birinci mərhələsinin sonuna kimi rayonda 22 min insanın məskunlaşacağı planlaşdırılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31