Ermənistan yenidən Qarabağın muxtariyyat məsələsini gündəmə gətirməyə çalışır - ÖZƏL

"Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin bağlanması istiqamətində aparılacaq danışaqlarda Qarabağa ermənilərin qayıtması fonunda Qarabağa muxtariyyət danışaqlar masasına gətirə bilər". "Olaylar" xəbər verir ki, bunu deyən MCP sədrinin müavini Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan tərəfi Samvel Babayanı bu istiqamətdə təlimatlandırıb: "Burada məqsəd Azərbaycana təzyiq etmək və güzəştlər əldə etməkdir. Ermənistan rəhbərliyi hələ də fərqində deyil ki, 30 il ərzində işğal olunmuş ərazilərdə ordu və  qondarma qrum qurmasına baxmayaraq 44 gün və 23 saat ərzində Azərbaycan qanunsuz silahlı birləşmələri tamamilə məhv etdi. Əgər, Ermənistan belə bir avantürist şərtlə çıxış edəcəksə, sülh danışıqları müsbət nəticənlənməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31