Zakir Həsənov Özbəkistanda rəsmi səfərdədir
19 Oktyabr 2023 10:04 SiyasətAzərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.
Müdafiə Nazirliyindən Olaylar.az-a verilən xəbərə görə, səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31