Ərdoğandan Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə lideri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"Dünyada tayı bərabəri olmayan bir qardaşlığa sahib olduğumuz can Azərbaycanın müstəqillik ildönümünü ən səmimi hisslərimlə təbrik edirəm. Bu qürur günü vasitəsilə qardaşım Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına Türkiyənin salamlarını çatdırıram", - Ərdoğan qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31