Aİ XİN rəhbərləri Azərbaycan və Ermənistanla bağlı məsələləri müzakirə edəcək

Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının iclasında Azərbaycan və Ermənistanla bağlı məsələlər müzakirə olunacaq.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 23-də Lüksemburqda keçiriləcək Xarici İşlər Şurasının iclasına Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi sədrlik edəcək.

"Şura Rusiya-İkrayna müharibəsini müzakirə edəcək, Ermənistan və Azərbaycanla bağlı hadisələr ətrafında fikir mübadiləsi aparacaq.

Nazirlər həmçinin, HƏMAS-ın İsraildə törətdiyi qəddar və ayrı-seçkiliksiz terror hücumları və Qəzzada baş verən hadisələrdən sonra İsraildə və regiondakı vəziyyətlə bağlı müzakirələr aparacaqlar", - qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31