Məhəmməd bin Salman Prezident İlham Əliyevə məktub göndərib

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edirəm.

Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və firavanlıq arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31