Bəhreyn Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18 Oktyabr 2023 17:04 SiyasətBəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevi təbrik edib.
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə öz adımdan və Bəhreyn Krallığının xalqı adından Zati-alinizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.
Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm.
Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31