İlk dəfədir ki, dövlət müstəqilliyinin bərpasını ərazi bütövlüyümüzün bərpası ilə eyni vaxtda qeyd edirik - ÖZƏL

"Azərbaycan ilk dəfədir ki, dövlət müstəqilliyinin bərpasını ərazi bütövlüyümüzün bərpası ilə eyni vaxtda qeyd edir. Ötən 32 il ərzində hər il dövlət müstəqilliyimizin bərpasını qeyd etsək də, lakin ürəyimizdə bir nisgil, acı var idi. O da ərazi bütövlüyümüzün tam bərpa edilmədiyi, şəhər və rayonlarımızın erməni işğalı altında qalması idi. Şükürlər olsun ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev bu nisgili, acını bizim üzərimizdən götürdü və ərazi bütövlüyümzü tam şəkildə bərpa etdi".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümündən danışarkən səsləndirib. İctimai birlik sədri deyib ki, ərazi bütövlüyümüzün tam bərpasının İlham Əliyevin prezidentlik dövrünün 20-ci ilinə təsadüf etməsi də xüsusilə əlamətdardır:
"Bu tarixi hadisəyə həm də dövlət başçısının 20 illik prezidentlik dövrünün hesabatı kimi də baxmaq olar. Ümumiyyətlə, 2003-cü ildən bu yana yalnız uğur və nailiyyətlərlə yadda qalıb tarixə düşən Cənab İlham Əliyev Xankəndidə Azərbaycan bayrağı ucaltmaqla daha bir tarixi zəfərə imza atdı".
Arzuman Muradlı hesab edir ki, oktyabrın 15-i Azərbaycanın ərazi bütövlüyünün bərpası günü kimi rəsmiləşdirilə və bayram günü kimi qeyd oluna bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31