Hava gəmisinin istismarı ilə əlaqədar üçüncü şəxslərə vurulan zərərə görə hava gəmisinin istismarçısı maddi məsuliyyət daşıyacaq
18 Oktyabr 2023 11:19 SiyasətHava gəmisinin istismarı ilə əlaqədar hava gəmisi ilə daşınmayan üçüncü şəxslərə və ya onların əmlakına vurulan zərərə görə hava gəmisinin istismarçısı maddi məsuliyyət daşıyır.
Olaylar.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Aviasiya haqqında" qanun layihəsində əks olunub.
Qanun layihəsinə görə, istismarçı tərəfindən hava gəmisinin istismarı ilə əlaqədar hava gəmisi ilə daşınmayan üçüncü şəxslərə və ya onların əmlakına vurulan zərərin ödənişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31