Sərnişinlərə yeni hüquq verilir: Hava daşıması başlayanadək daşıma müqaviləsini ləğv edə bilər
18 Oktyabr 2023 11:16 SiyasətHava daşıması başlayanadək istənilən vaxt sərnişin daşıma müqaviləsini ləğv edə bilər.
Olaylar.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Aviasiya haqqında" qanun layihəsində əks olunub.
Qanuna əsasən, sərnişin hava daşımasından imtina etdiyi təqdirdə, hava daşıması üçün ödənilmiş daşıma haqqının geri qaytarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31