Azərbaycanda mülki PUA-ların istismarı və ya hüquqi hərəkətlərə görə xidmət haqqı müəyyənləşir
18 Oktyabr 2023 11:13 SiyasətAzərbaycanda mülki pilotsuz uçuş aparatı sistemlərinin istismarı sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə xidmət haqqı müəyyənləşib.
Olaylar.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Aviasiya haqqında" qanun layihəsində əks olunub.
Sənədə əsasən, pilotsuz uçuş aparatı sistemləri sahəsində göstərilən xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət rüsumları "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən ediləcək
Azərbaycanın qanunlarına, beynəlxalq qayda və təcrübəyə uyğun olaraq uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə pilotsuz uçuş aparatı sistemlərinin istismarı sahəsində göstərilən müfəttiş xidmətlərinin və görülən işlərin qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.