Türk-Azərbaycan  düşmənlərinin 100 il davam edən tarixi ədalətsizliynə birdəfəlik son qoyuldu - ÖZƏL

Ötən həftə sonu Azərbaycan dövləti, Azərbaycan xalqı üçün daha bir əlamətdar hadisə baş verdi. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaldaraq ölkəmizin ərazi bütpvlüyünün tam bərpa olunduğunun mesajını həm Azərbaycan xalqına, həm də dünyaya vermiş oldu. "OLAYLAR" xəbər verir ki, sözügedən tarixi hadisə ilə bağlı fikirlərini səsləndirən politoloq Teyyub Əliyevin sözlərinə görə, Xankəndi şəhərinə Azərbaycan bayrağının ucaldılması ilə ermənipərəst türk-Azərbaycan  düşmənlərinin 100 il davam edən tarixi ədalətsizliynə birdəfəlik və həmişəlik olaraq son nöqtə qoyuldu:

"Mübaliğəsiz demək olar ki, 44 günlük Vətən müharibəsində, eləcə də, 23 saat 43 dəqiqə davam edən antiterror tədbirində əldə edilən möhtəşəm qələbələr Prezident İlham Əliyevin 20 illik rəhbərliyi dövründə Azərbaycannın əldə etdiyi tarixi nailiyyətlərdir. Qazanılmış möhtəşəm qələbələrdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əsgər və zabitlərimizin qəhramanlığını, bu yolda   şəhid olan evladlarımızı xalqımız heç vaxt unutmayacaq!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31