Azərbaycan vətəndaşları İsraildən təxliyə olunacaq? - XİN-dən AÇIQLAMA

Hazırda Azərbaycan vətəndaşlarının İsraildən təxliyə olunması planlaşdırılmır.

Bu barədə Olaylar.az-a Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.

"Təxliyə ilə bağlı kütləvi müraciətlər yoxdur. İstəyənlər mütəmadi reyslərlə gəlirlər", - deyə o vurğulayıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31