İlham Əliyev Azərbaycan xalqının bütün ümidlərini doğruldub - ÖZƏL
16 Oktyabr 2023 10:27 Siyasət"Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, çoxvektorlu siyasət yürüdən dövlət başçımız ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi: "Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Bu gün artıq birmənalı olaraq demək lazımdır ki, Ölkə Prezidenti İlham Əliyev həm Ulu Öndərimizin, həm də Azərbaycan xalqının bütün ümidlərini tamamilə doğruldub."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31