Azərbaycan dövləti heç bir dövründə indiki qədər müstəqil olmayıb - ÖZƏL
16 Oktyabr 2023 10:25 Siyasət"Azərbaycan dövləti şanlı tarixinin heç bir dövründə indiki qədər müstəqil və güclü olmayıb". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, Möhtərəm dövlət başçımızın rəhbərliyi ilə ölkəmizdə görülən işlər, həyata keçirilən əsaslı islahatlar möhtəşəm uğurların əldə olunmasını, müstəqilliyimizin daha da möhkəmlənməsini, Azərbaycanın sosial-iqtisadi tərəqqisini təmin edib: "Cənab Prezident İlham Əliyevin xalqın və dövlətin gələcəyinə dəqiq hesablanmış uğurlu strategiyası təkcə Azərbaycanın deyil, həm də bütün region ölkələrinin və qonşu dövlətlərin inkişafı üçün yeni, daha geniş perspektivlər açıb. İqtisadi gücünü dinamik şəkildə artıran Azərbaycan artıq sadəcə regional deyil, həm də dünya miqyasında önəmli siyasi-iqtisadi və hərbi güc mərkəzinə çevrilib. Bütün bu nailiyyətlər ölkəmizin 2003-cü ildən bu günə qədər əldə etdiyi möhtəşəm nailiyyətlərin yalnız bir hissəsi olmaqla, Azərbaycan xalqının 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezident seçkilərində yeganə ən doğru seçim etdiyinin əyani sübutudur" .