Milli Məclisin deputatı Avstriyaya səfər edəcək

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili oktyabrın 16-da Avstriya Respublikasının paytaxtı Vyana şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, deputat səfər çərçivəsində Avstriya parlamentində keçiriləcək bir sıra ikitərəfli görüşlərdə iştirak edəcək. Səfər oktyabrın19-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31