Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (YENİLƏNİB) - FOTO
15 Oktyabr 2023 21:56 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, sonra dövlətimizin başçısı qəsəbə ərazisinə baxış keçirdi.
Qeyd edək ki, Əsgəran qəsəbəsi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
Qəsəbə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.







Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31