Prezident İlham Əliyev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub (YENİLƏNİB) - FOTO
15 Oktyabr 2023 21:12 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı qəsəbənin ərazisinə baxış keçirib.
Qeyd edək ki, qəsəbə 1991-ci il dekabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Kərkicahan qəsəbəsini separatçılardan azad edib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31