Azərbaycanla Gürcüstan arasında böyük əməkdaşlıq planları var - ÖZƏL
11 Oktyabr 2023 12:46 Siyasət"Azərbaycanla Gürcüstan arasında enerji və nəqliyyat sahələrində böyük əməkdaşlıq planları var". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, iki ölkənin həyata keçirdiyi enerji və nəqliyyat layihələri digər dövlətlərin də enerji təhlükəsizliyinə böyük töhfələr verir: "Ölkəmizin Gürcüstanın Anakliya və Kulevi limanlarında infrastruktur layihələrinin yaradılmasında iştirak etməsi əməkdaşlığımızı daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımaların həcminin 5 dəfədən çox artırılması nəzərdə tutulub ki, bu da Orta Dəhlizin güclənməsinə xidmət edir. Enerji sahəsində də Azərbaycan və Gürcüstan birgə əməkdaşlıq həyata keçirir. Azərbaycanda istehsal olunacaq "Yaşıl enerji" Gürcüstan vasitəsilə Avropaya ixrac ediləcək. Bütün bu layihələri reallaşdırmaq üçün hər iki dövlət siyasi iradə nümayiş etdirir".