Prezidentin Gürcüstana səfəri əməkdaşlığın güclənməsinə töhfə verəcək - ÖZƏL
11 Oktyabr 2023 11:35 Siyasət"Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana 11-ci səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "Ölkəmizin başçısı mətbuata bəyanatında bu münasibətlərin inkişafı tarixindən, hazırda birgə tərəfdaşlığın əhəmiyyətindən danışaraq, Cənubi Qafqazda sülh prosesinə qonşu Gürcüstan dövlətinin münasibətini xüsusi qeyd edib: "Gürcüstan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur... strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik".
Qeyd edək ki, dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb".