Xalq İlham Əliyevə etimad göstərməklə dövlətimizin gələcək inkişafına, çiçəklənməsinə töhfə verib - ÖZƏL

"Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edib, güclənib, regionda güc mərkəzinə çevrilib". 

"OLAYLAR" xəbər verir ki, bu fikirləri YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov İlham Əliyevin ölkəyə rəhbərliyinin 20 illiyi ilə bağlı danışarkən səsləndirib. O bildirib ki, Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötür:

"2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verərək ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına yenidən etimad göstəmiş oldular. Həmçinin Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə ulu öndər Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi".

Eldar Əsədovun sözlərinə görə, sonrakı tarixi və siyasi proseslər, ölkəmizdə həyata keçirilən islahatların nəticələri onu göstərdi ki, xalqımız seçimində yanılmayıb və dövlət başçısı cənab İlham Əliyevə etimad göstərməklə dövlətimizin gələcək inkişafına, çiçəklənməsinə töhfə verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31