Ermənistan növbəti dəfə regional layihələrdən kənar qalır - ÖZƏL

"Prezident İlham Əliyev qeyd edib ki, İran vasitəsilə Naxçıvana dəmiryol və avtomobil yolunun çəkilməsi ilə razılıq əldə olunub. Amma, bir çoxları deyirdilər Azərbaycan Rusiyaya görə Zəngəzur dəhlizini silahlı yolla açacaq?" "Olaylar" xəbər verir ki, bunu deyən MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan "Zəngəzur" dəhlizinin açılmasında maraqlı deyilsə, heç Azərbaycanda maraqlı deyil: "Ermənistan növbəti dəfə regional layihələrdən kənar qalır. Göründüyü kimi, İran öz maraqları konteksində Ermənistanı kənara atdı. Halbuki Ermənistan siyasi iradə ortaya qoyub, dəhlizin açılmasına gedə bilərdi. Sadəcə, Azərbaycana qarşı pataloji nifrətləri bunun qarşısını aldi. Bununla da ermənilərin dövlət şüuru olmadığı bir daha sübut olundu. Azərbaycan da məhz İranla son dövrlərdə yaşanan ciddi böhrana görə İran ərazisindən bu dəhlizə getməyə bilərdi. Amma, Azərbaycan dövlətinin strateji hədəfi və dövlət maraqları bunun reallaşmasını labüd edirdi. 

Demək olar ki, Rusiya da, İranda Ermənistani sahədə tək buraxdı. ABŞ ümumiyyətlə, Zəngəzur dəhlizinin əleyhinə olub. İstər, Ermənistandan keçsin, istərsə də İrandan. Çünki, Çinin "Bir qurşaq, Bir yol" ipək yolunun əsas seqmenti olaraq Avropa ilə Asiyanın əsas quru arteriyası olacaq. Ona görə də ABŞ orta dəhlizə isti baxmır. Vaşinqton məhz "Baharat" dəhlizini ortaya atmaqla Hindistan-Səudiyyə Ərəbistanı və İsrail üzərindən yeni dəhliz memarandumu imzalamışdır. 

İsraildə baş verən müharibə Səudiyyə Ərəbistan -İsrail əlaqələrinin yenidən pozulması,  bu dəhlizin perspektivinin üstündən xətt çəkdi. Gözlər yenidən "Zəngəzur" dəhlizində olacaq. Bu dəhlizdən Hindistanda istifadə edəcək. Nəticədə Hindistanın Ermənistana destəyi zəifləyəcək. Azərbaycan bununla da nəzərdə tutulan Hindistan, İran və Ermənistan -Şimal dəhlizinin üstündən xətt çəkdi. Artıq Azərbaycan Ermənistanı hər iki dəhlizdən məhrum etdi. Ermənistan növbəti dəfə sinifdə qaldı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31