İnsan artıq ən vəhşi yırtıcıya çevirilib - ÖZƏL

"Günümüzdə baş verən müharibələri, sadə insanların çəkdiyi əzabları, yaşadığı faciələri izlədikcə o qənaətə gəlirəm ki, İNSAN OLMAQ öhdəliyini unutmuşuq. İnsan olmağın anlamını yaddan çıxarmışıq". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Zaur İbrahimlinin sözlərinə görə, insan artıq sırf biloloji növə, yəni ən vəhşi yırtıcıya çevirilib: "Bütün dinlərdə istisnasız olaraq insanın bu dünyaya sınaq üçün gəldiyi və ona heyvan, yaxud gerçək insan olmaq seçimi verildiyi qeyd olunur. Təəssüf ki, təbiəti ram etsə də, insan insan kimi qala bilmədi. Ukraynada, Fələstində, İsraildə, Suriyada, Livanda, Liviyada, Yəməndə yaşanan faciələr, Afrikadakı açlıq və səfalət göstərir ki, daha da heyvanlaşırıq. Dünyada ötən əsrin 70-80-ci illərində olduğu kimi, sülpərvər hərakata ehtiyac var. Sadə insanlar dövlətlərə, hökumətlərə,  işğalçılara, işğallara, zorakı siyasətlərə dur deməsələlər, bu qan durmayacaq!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31