Rusiya sülhməramlılarının Ağdərədəki müşahidə məntəqəsi ləğv olundu
10 Oktyabr 2023 21:24 SiyasətAzərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin Ağdərə rayonunda bir müşahidə məntəqəsi bağlanıb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Son 24 saat ərzində müşahidə məntəqələrinin optimallaşdırılması ilə əlaqədar Ağdərə rayonunda 27 №-li post bağlanıb", - məlumatda deyilir.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, artıq Rusiya sülhməramlılarının bir sıra stasionar və müvəqqəti müşahidə postları yığışdırılıb. Sülhməramlılara aid prinsipial məsələlər Bakı ilə müzakirə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31