Paşinyan Prezident İlham Əliyevin təklif etdiyi “3+3” formatı ilə razılaşıb
10 Oktyabr 2023 19:36 SiyasətErmənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi "3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Türkiyə, Rusiya) görüşün keçirilməsinə razılıq verib.
Olaylar.az trend-ə bildirir ki, bu barədə Ermənistan KİV xəbər verir.
"Vaxtilə "3+3" formatında növbəti görüşün Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu, biz bu formatda davam etməyə hazırıq", - deyə o bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, regionun problemlərini region dövlətləri özləri həll etməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31