Milli Məclisin deputatı Polşada parlament seçkilərini müşahidə edəcək
10 Oktyabr 2023 18:52 SiyasətMilli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Polşa Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün oktyabrın 11-də Varşavaya səfər edəcək.
Olaylar xəbər verir ki, deputatımız oktyabrın 15-də keçiriləcək seçkiləri ATƏT Parlament Assambleyasının xətti ilə izləyəcək. O, müşahidə missiyasının tərkibində bir sıra məntəqələrdə seçkilərə hazırlıqla yaxından tanış olacaq, prosesin gedişini və seçicilərin fəallığını izləyəcək.
Səfər oktyabrın 16-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31