Prezident İlham Əliyev: Azərbaycan İƏT-ə üzv dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir.

Olaylar  AZƏRTAC-a  istinadən  xəbər  verir ki, bu fikirlər Prezident İlham Əliyevin Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarı olduğunu diqqətə çatdıran dövlətimizin başçısı Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsinə görə təşəkkürünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31