ABŞ səfirliyi: “Münasibətlərin normallaşması üçün Azərbaycan və Ermənistan arasında dialoq lazımdır”
10 Oktyabr 2023 15:30 SiyasətAzərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün ölkələr arasında dialoq aparılmalıdır.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində yazılıb.
"Ötən gün Bakıda olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Cənubi Qafqazda davamlı və ləyaqətli sülhün əldə edilməsində ABŞ-ın Azərbaycan və Ermənistana dəstəyini müzakirə etmək üçün yüksək vəzifəli şəxslərlə görüşüb. Münasibətlərin normallaşması üçün tərəflər arasında dialoq lazımdır" - paylaşımda bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31