Cənubi Qafqazda sülhün əldə olunması Gürcüstan üçün də vacibdir

"Cənubi Qafqazda sülhün əldə olunması Gürcüstan üçün də vacibdir. Bunu rəsmi Tbilisi dəfələrlə bildirib". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadənin sözlərinə görə, bu dəfə də analoji razılıq ifadə olundu: "Hər iki ölkənin lideri çıxışlarında dövlətlərin ərazi bütövlüyünü dəstəklədiklərini bir daha bəyan etdilər. Gürcustanın baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatında vurğulayıb ki, Gürcüstan hər zaman qərəzsiz mövqeyə malik olub: "Biz bu gün də hazırıq ki, bu məsələyə töhfə verək. Biz istəyirik ki, bu məsələdə vasitəçilik edək və istənilən dostluq formatını təqdim etməyə hazırıq. Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir".

Bundan əlavə, Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm qlobal layihələrin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31